SON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ YANĞIN BAŞLADI

 14:54 10.09.2020     1363

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, 1 ha sahədə quru ot və kol-kos yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.