XİN-in həbs edilən şöbə müdiri məhkəməyə gətirildi

 17:31 10.09.2020     135

Xarici İşlər Nazirliyinin (XİN) keçmiş Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həbs olunan Nurupaşa Abdullayev məhkəməyə gətirilib.

Redaktor.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində N.Abdullayevin ev dustaqlığına buraxllması ilə bağlı vəsatətə baxılır. Prosesə hakim İlkin Rüstəmli sədrlik edir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə adıçəkilən şəxslər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.