Samirə 5 ildən sonra efirə qayıdır - FOTO

Tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdır.
Redaktor.az xəbər verir ki, o, AzTV-də işə başlayacaq. Teleaparıcı sentyabrın 14-dən həftənin beş günü AzTV-nin “Xəbərlər” İnformasiya proqramını təqdim edəcək.
Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb. O, bundan əvvəl ATV-də çalışıb. //"Qafqazinfo"