Şagirdlərin maskadan istifadəsi ilə bağlı... - RƏSMİ QƏRAR

 22:06 10.09.2020     138

Təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən xüsusi karantin rejimi dövründə təhsilalanlara dair tələbələrdə bildirilib. 

Qeyd edək ki, peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir.