34 yaşlı qadın qohumu tərəfindən bıçaqlandı

 22:25 10.09.2020     304

Mingəçevirdə 34 yaşlı qadın bıçaqlanıb, vəziyyəti ağırdır.

Redaktor.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Mirvari Məmmədova mübahisə zamanı bıçaq zərbələri alıb. 

Qadının müxtəlif bədən nahiyələrinə 4 bıçaq vurulub. Yaralı ağır vəziyyətdə Mingəçvir Şəhər Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, qadın qohumu tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo