Salyanda avtomobil 56 yaşlı kişini vurdu

 23:18 10.09.2020     357

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Yolüstü kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mitsubishi” markalı avtomobil yolu keçmək istəyən Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Əhmədov Əbülfəz Akif oğlunu vurub. Kəllə-beyn travması alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. //Report.az