Salyan sakini bıçaqlanıb

Salyanda bıçaqlanma hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Qarabağlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1991-ci il təvəllüdlü Atayev Rəsul Qəhrəman oğlu döş qəfəsi və ayağından bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır. //APA