“Azəriqaz” İB-də yeni TƏYİNATLAR

 12:30 11.09.2020     946

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

 “Azəriqaz” İB-dən Redaktor.az-a verilən məlumata görə, Fariz Məmmədov Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bundan başqa Xaliq Namazov Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Gəncə Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə, Hüseyn Şirinov Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə, Namiq Məmmədov Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə, Osman Behbudov isə Salyan Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsindən azad edilərək Ağsu Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsinə təyin ediliblər.
 
Qeyd edək ki, artıq bu barədə müvafiq əmrlər imzalanıb və aparılan bu islahatlar regionlar üzrə idarəetmə mexanizminin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.

Prezident SƏRƏNCAM imzaladı

 12:51 11.09.2020     2901

Prezident İlham Əliyev Şamaxı rayonunun Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, sərəncamla üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı–Şamaxı–Yevlax (122 km)–Şəhriyar–Kələxana avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,5 milyon (üç milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.