AZAL onlayn növbə sisteminin tətbiqinə başlayır

 13:38 11.09.2020     132

Bu gündən Azərbaycan Hava Yolları QSC (AZAL) həmvətənlərimizin ölkəyə qaytarılması üçün Moskva-Bakı marşrutu üzrə aviabilet əldə olunduğu zaman onlayn növbə sisteminin tətbiqinə başlayır.

AZAL-dan Redaktor.az-a verilən məlumata görə, pandemiya dövründə reyslərə olan yüksək tələbatı, reyslərin məhdud sayda olmasını və qeyri-müntəzəmliyini nəzərə alaraq, qeyd olunan istiqamətdə bilet satışı növbəlik qaydasında həyata keçiriləcək.

Moskva-Bakı reysinə növbəyə yazılmaq üçün WhatsApp mesenceri vasitəsilə yazılı şəkildə və ya aşağıdakı keçidlərdən istifadə etməklə geri əlaqə forması vasitəsilə müraciət etməlisiniz:

• https://help.azal.az/hc/az/requests/new?ticket_form_id=360000946120

• Votsap: +7 916 901 23 80

Sərnişinlər müraciət etdikləri zaman xarici pasportlarının skan edilmiş surətlərini və əlaqə nömrələrini göndərməlidirlər.

Aviaşirkət onlayn forma və WhatsApp vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzinin əməkdaşları tərəfindən müraciətlərin gec cavablandırılmasına səbəb olacaqdır.

Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki, qeyd olunan istiqamət üzrə aviabiletlərlə bağlı aviaşirkətin çağrı mərkəzinə zənglər vasitəsilə edilən müraciətlər qəbul olunmur.

Moskvaya reyslərin həyata keçirilməsi cədvəlini hazırda Rusiya ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə Operativ Qərargah müəyyən edir. Aviaşirkətin çağrı mərkəzinə müraciət edən sərnişinlərə aviabilet dəyərinin ödənilməsi üçün müvafiq keçidlər və reys haqqında daha ətraflı məlumat növbəlik qaydasında göndəriləcək.

Rusiyada koronavirus testindən keçmək üçün ölkənin Səhiyyə Nazirliyinin tövsiyə etdiyi aşağıdakı tibb müəssisələrinə müraciət etmək lazımdır.

- Səhiyyə Nazirliyinin “Profilaktik tibbi terapiya milli tibbi tədqiqat mərkəzi” FDBİ;

- Səhiyyə Nazirliyinin “Ftiziopulmonologiya və yoluxucu xəstəliklər milli tibbi tədqiqat mərkəzi” FDBİ;

- “İstehlakçı hüquqlarının və insanların rifahının müdafiəsinə nəzarət üzrə federal xidmətin (Rospotrebnadzor) Mərkəzi Epidemiologiya ETİ” FBEİ;

- Rusiya Elmlər Akademiyasının “İ.İ.Meçnikov adına vaksin və zərdablar ETİ” FDBEİ;

- Rusiya Elmlər Akademiyasının “Mərkəzi vərəm elmi-tədqiqat institutu"FDBEİ;

- “Təbabət” (“Medisina”) SC;

- İNVİTRO müstəqil laboratoriyası MMC;

- Kliniki farmakologiya və farmasiya milli agentliyi MMC;

- Laborator-diaqnostika mərkəzi MMC;

- Sitilab kliniki laborator diaqnostika elmi-tibbi mərkəzi MMC.

Testin nəticəsi uçuşdan əvvəl 48 saat ərzində alınmalıdır.

Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.