AVRO-2024-ün püşk tarixi və yeri müəyyənləşdi

 15:54 11.09.2020     38

2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin püşkatması Hamburq şəhərində olacaq. 

Redaktor.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 24 komandanın qatılacağı mərasim 2023-cü ilin dekabrında Elbe Filarmoniyasında keçiriləcək.

Qeyd edək ki, AVRO-2024-ün matçları Almaniyanın Berlin, Dortmund, Düsseldorf, Hamburq, Gelzenkirxen, Köln, Leyptsiq, Münhen, Frankfurt-Mayn və Ştuttqart şəhərlərində olacaq.