Tovuzda ikimərtəbəli ev yanıb

 20:23 11.09.2020     78

Tovuz rayonunun Bala Şamlıq kəndində ümumi sahəsi 126 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 55 m² olan tövlənin dam örtüyü 35 m² sahədə yanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.