“Niva” “BakuBus”a çırpıldı - FOTO

 23:26 11.09.2020     84

Bu gün axşam saatlarında 7A marşrut xətti üzrə hərəkətdə olan 99 JH 268 Dövlət Qeydiyyat Nişanlı sərnişin avtobusu metronun “Q.Qarayev” stansiyası yaxınlığında qəzaya uğrayıb. 

Redaktor.az xəbər verir ki, qəza əks yolda hərəkət edən "Niva" markalı minik avtomobilinin idarəetməni itirərək avtobusa çırpılması nəticəsində baş verib.

İlkin məlumata görə, minik avtomobili yüksək sürətlə hərəkət etdiyindən idarəetmədən çıxıb. Hazırda qəza ilə bağlı araşdırmalar aparılır. Avtobusdakı sərnişinlər arasında xəsarət alan yoxdur. //Qafqazinfo