Bakıda qəza tıxaca səbəb oldu - FOTO

 09:10 12.09.2020     335

Səhər saatlarında paytaxtda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Redaktor.az-a verilən məlumata görə, hadisə yolun Ziya Bünyadov prospektindən (DİN Hospitalının yaxınlığında) 20 Yanvar istiqamətində olan hissəsində qeydə alınıb.

O bildirib ki, bu səbəbdən hər iki istiqamətdə sıxlıq var.