Bakı sakinindən odlu silah götürülüb

 13:45 12.09.2020     374

Bakıda narkotik vasitə ilə tutulan şəxsin evindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan İ. İsmayılovun Lökbatan qəsəbəsində yaşadığı evin həyətindəki qarajdan “Makarov” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.