Binəqədidə evdən 28 minlik oğurluq edilib

 14:35 12.09.2020     140

Binəqədidə evdən külli miqdarda oğurluq edilib. 

Redaktor.az xəbər verir ki, rayon ərazisindəki evlərin birindən içərisində 1000 manat, 4500 ABŞ dolları və 20000 manat dəyərində qızıl-zinət əşyaları olan seyf aparılıb. 

Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb. //Qafqazinfo”