Yol polisləri qanvermə aksiyasında iştirak ediblər - FOTO

 06:14 13.09.2020     530

Bu gün Bakı şəhər Dövlət Yol Polisində qanvermə aksiyası keçirilib.

Redaktor.az xəbər verir ki, bunu “Report”a idarənin İctimai qurumlarla əlaqələr bölməsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli bildirib.

Aksiyada idarənin rəhbərliyi və bütün şəxsi heyəti iştirak edib.

“Mərkəzi Qan Bankının əməkdaşları talassemiyalı xəstələrə dəstək məqsədilə yol polisi əməkdaşlarından qan götürdü. Bu ənənə hər il davam etdirilir və yol polisi əməkdaşları talassemiyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyasında könüllü şəkildə iştirak edirlər”, - T.Nəsirli vurğulayıb.