Ağstafa 4 tondan çox çətənə kolu məhv edilib

 16:53 12.09.2020     436

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçiriblər.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Soyuq Bulaqlar qəsəbəsi ərazisində 1,2 hektar sahədə yabanı halda bitmiş və ümumi çəkisi 4 ton 230 kiloqram olan 4700 çətənə kolu aşkarlayıblar.

Çətənə kolları yandırılaraq məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən