Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb

 21:44 12.09.2020     295

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 2006-dır.

TƏBİB-dən Redaktor.az-a verilən məlumata görə, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 123, süni tənəffüs aparatına qoşulanların sayı isə 13-dür.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib

Vumart və Güvən reklamı Vumart Güvən