Bakıda qonşu qonşunu bıçaqladı

 21:55 12.09.2020     56

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Qobustan qəsəbəsində 1970-ci il təvəllüdlü Ramazanov Mehman Məhyəddin oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. O, təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı M.Ramazanovun sol qolunda və bel nahiyəsində iki bıçaq yarası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.