Gədəbəydə avtomobil aşıb, yaralılar var

 22:06 12.09.2020     290

Gədəbəy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, hadisə Gədəbəy rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qəzanın baş vermə səbəbləri araşdırılır. //Report