Bərdədə avtomobil 68 yaşlı atlını vurdu

Bərdə rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Mehdili kəndində qeydə alınıb.
Belə ki, 1952-ci il təvəllüdlü Cəfərov Müslüm İsmi oğlu atla hərəkətdə olarkən onu “VAZ-2107” markalı minik avtomobili vurub. Nəticədə M. Cəfərov hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına yerləşdirilib, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beyin əziyi diaqnozları qoyulub, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. M. Cəfərov cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır. //Report.az