Qobustanda "NİVA" dərəyə aşıb - 3 nəfər yaralanıb

 05:28 13.09.2020     40

Bakı-Şamaxı yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Redaktor.az-ın xəbərinə görə hadisə sentyabrın 12-də gecə saat 23:50-də avtomobil yolunun 103-cü kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. 

90-Fİ-817 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili yoldan çıxaraq 20 metr hündürlükdən dərəyə aşıb. 

Hadisə zamanı İsmayıllı və Bakı sakinləri olan gənclər - 1993-cü il təvəllüdlü Nəsirov Fərhad Faiq oğlu, 1991-ci il təvəllüdlü Hüseynov Elvin Hamlet oğlu və 1995-ci il təvəllüdlü Bağırov Əbil Gülasət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. //APA