İsmayıllıda 3 otaqlı ev yanıb

 10:09 13.09.2020     693

İsmayillı rayonunda 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, rayonun Qubaxəlilli kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli kürsülü 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən