Sabahın hava proqnozu açıqlandı

 12:14 13.09.2020     243

Azərbaycanda sentyabrın 14-nə gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, sentyabrın 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz  27-30, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz  olacaq.