Mingəçevirdə 8 yaşlı qız ağır xəsarət alıb

Mingəçevirdə 8 yaşlı qızın bədəninə dəmir batıb.
Redaktor.az xəbər verir ki, hadisə Bağlar yaşayış massivində baş verib.
Yaşadığı ərazidə naməlum şəraitdə yıxılan 2013-cü il təvəllüdlü şəhər sakini Zabitova Zəhra Heydər qızının kürək nahiyəsinə iri dəmir batıb və ona ağır xəsarət yetirib. Dəmir azyaşlının digər orqanlarını da zədələyib. //APA