Kürdəmirdə gənc qadın özünü avtomobildən atdı

 12:40 13.09.2020     86

Kürdəmirdə 22 yaşlı qadın özünü avtomobildən atıb.

Redaktor.az xəbər verir ki, rayonun Şıxımlı kənd sakini, 1998-ci il təvəllüdlü Şükürova Ayşən Aqil qızı 1993-cü il təvəllüdlü Xırdapay kənd sakini İbadov Əsəd Füzuli oğlu ilə avtomobildə aralarında yaranan mübahisə zamanı özünü nəqliyyat vasitəsindən atıb.

Ağır xəsarətlər alan qadın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo