Lənkəranda yeniyetmə süni göldə boğuldu

 19:27 13.09.2020     99

Lənkəran rayonunun Gərmətük kəndinin ərazisində yerləşən süni göldə yeniyetmə boğulub.

Redaktor.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu meyiti sudan çıxarıb.

16-17 yaşlarında olan yeniyetmənin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo