Goranboyda yol qəzası baş verdi, ata və oğul yaralandı

 21:49 13.09.2020     97

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Goranboy-Tərtər yolunun Təhlə kəndindən keçən hissəsində baş verib.

İki minik maşının toqquşması zamanı Aftandil Teymurov və oğlu Amil Teymur müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyəti kafi qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır. //Qafqazinfo