Bakı metrosu 72 gün sonra - FOTO

 08:57 14.09.2020     819

72 gündən sonra Bakı metrosu yenidən sərnişinlərinin xidmətindədir.

Redaktor.az-ın məlumatına görə, bu gün – sentyabrın 14-ü səhər saat 06:00-dan metropoliten sərnişindaşıma fəaliyyətini bərpa edib.

Qeyd edək ki, metropolitenin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni növ koronavirus (“COVID-19”) infeksiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, bərpa edilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, sentyabr ayının 30-na qədər elan edilmiş xüsusi karantin rejimi dövründə metropoliten stansiyaları həftəiçi 5 gün səhər saat 6-dan gecə saat 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. İstirahət günləri ərzində digər ictimai nəqliyyat vasitələri kimi metropoliten də sərnişin daşımayacaq.

 

2222222
Vumart və Güvən reklamı Vumart Güvən