Xaçmazda maşın aşıb, yaralılar var - FOTO

 18:50 14.09.2020     381

Bu gün Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, qəza magistralın Xaçmaz rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində 1992-ci il təvəllüdlü Baba Abdulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İdarəetməni itirərək aşan avtomobil daha iki maşına ziyan vurub.

Faktla bağlı araşdırmalar davam etdirilir. //APA

2222
Vumart və Güvən reklamı Vumart Güvən