Tоfiq Yaqublunun işində şahid olduğu deyilən şəxs danışdı - Video

 20:02 14.09.2020     108

Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov barəsində yayılan ittihamlara cavab verib. 

Redaktor.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəsmi feysbuk səhifəsində açıqlama verən N.Acalov bildirib ki, hadisənin şahidi olmayıb və bununla bağlı heç kimə qarşı ifadə verməyib. O yalnız yol nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.

Onun sözlərinə görə, sosial şəbəkələrdə onun cinayət işində yalançı şahidlik etməsi ilə bağlı yayılan məlumatlar və ittihamlar əsassızdır. Qeyd edib ki, sosial şəbəkələrdə yayılan səs yazısında da, o bu şəkildə fikrini ifadə etməyə çalışsa da, onun fikirləri ictimaiyyətə səhv, təhrif olunmuş şəkildə təqdim olunub

N.Acalov bildirib ki, iş materiallarında olan və sosial şəbəkədə yayılmış avtomobillərin toqquşması ilə bağlı akt və sxemdəki imzalar ona məxsusdur, hətta bunu məhkəməyə ünvanladığı teleqramla da təsdiq edib.