Cəlilabadda qadın pəncərədən yıxıldı

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Redaktor.az-ın məlumatına görə, pəncərəni silmək istəyən gənc qadın yerə yıxılıb.
Yaralı başından aldığı ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır. //Report