Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

 23:40 14.09.2020     406

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması zamanı 1996-cı il təvəllüdlü Mirzəliyev Turqay İlqar oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin və qarnın küt travması diaqnozları qoyulub. //Report