TƏBİB rəsmisi açıqladı: “Karantin sərtləşdirilə bilər”

 09:12 15.09.2020     1055

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Elmi Komitəsinin Sədri, professor Akif Qurbanov karantinin yenidən sərtləşəcəyini istisna etmədiyini deyib. 

Redaktor.az xəbər verir ki, o, "Real" TV-yə müsahibəsində Operativ Qərargahın vaxtaşırı yumşalmalar həyata keçirməsinin sərbəstlikləri və təmasları artırdığını, bunun isə yoluxma sayına təsir etdiyini bildirib:

"Karantin rejimi tam yumşaldılırsa, insanlara sərbəstlik verilirsə, onlar arxayınlaşmamalıdır. Bəzən bizə psixoloji olaraq təsir göstərir ki, metrolar artıq açılır, şəhərlərarası, rayonlararası gediş-gəliş qadağası aradan götürülür, yəni daha xəstəlik azalıb və ya yoxdur. İnsanlar sanki bir qədər arxayınlaşmağa başlayır.

Özümüz də düşünməliyik: əgər bu gün qaydalara əməl etmiriksə, sabah yenə də evdə otura bilərik. Karantin sərtləşdirilə bilər. Sabah yenə də metro işləməyə bilər.

Qaydalara əməl etməsək, yoluxma sayı artsa, yenə də qadağanedici tədbirlər ola bilər. Bu, qaçılmazdır". // Azxeber.com

Azərbaycanlı jurnalist dinini dəyişdi - SƏBƏB

 09:22 15.09.2020     1136

Azərbaycandan olan jurnalist və yazıçı Abil Həsənov Almaniyaya mühacirət edib və orada sığınacaq almaq üçün xristianlığı qəbul edib. Bu haqda “Westfalen-Blatt” adlı alman nəşri yazır.

Redaktor.az-ın məlumatına görə, baptist icması Həsənovu və onun ailə üzvləri öz sıralarına qəbul edib. Həsənova da elə bu lazım idi. Dinini dəyişərək Həsənov özünün alman vəkili ilə birlikdə bəyan edib ki, indi heç bir halda onu geri deportasiya etmək olmaz. Çünki Azərbaycanda “xristianlığı qəbul edənləri təqib edirlər”. Lakin bu yalana Almaniya hökuməti də inanmayıb və azərbaycanlı jurnalistə sığınacaq verməkdən imtina edib.

Xəbər verilir ki, 52 yaşlı Həsənov Azərbaycanda bir sıra müxalif KİV-lərdə işləyib, Almaniyada isə arvadı ilə birlikdə Şols-Holte-Ştukenborq şəhərindəki avtobus şirkətində süpürgəçi işləyir. Onlar ayda 2 min avro qazanır, bunun 1300 avrosunu şəhər vergilərinə ödəyir. Ər, arvad və onların 16 yaşlı oğlu müvəqqəti yataqxanada yaşayır.

Almaniyanın miqrasiya xidməti Həsənova sığınacaq verməkdən imtina edib, çünki Azərbaycanı xristianlar üçün təhlükəsiz ölkə sayıb. İndi Həsənov və onun vəkili bütün vasitələrlə bunun tərsini sübut etməyə, mümkün qədər çox Almaniyada qalmağa çalışır. //Virtualaz.org