Suda və qidada koronavirus tapıldı – Yoluxma və ölüm arta bilər...

 14:15 15.09.2020     2155

Rusiyanın müxtəlif bölgələrində su və qida məhsullarında koronavirus (red. 46 belə hal aşkarlanıb) aşkar edilib.

Redaktor.az xəbər verir ki, bunu sentyabrın 15-i Rusiya Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında xidmətin rəhbəri Anna Popova bildirib.

2020-ci ilin 3 sentyabrından Rusiyanın bütün bölgələrində su və qida məhsullarında koronavirus infeksiyasının mövcuddluğuna dair araşdırmalara başlanıb.

Bu məqsədlə "Vektor" mərkəzi tərəfindən hazırlanmış metodikadan istifadə edilir, həm içməli, həm də çirkab su nümunələri götürülür.

Popovanın sözlərinə görə, Rusiyada xəstələrin yarıdan çoxu koronavirus infeksiyasını ya heç bir əlamət olmadan, ya da yüngül formada keçirir. Bununla belə, Rusiya əhalisinin COVİD-19 testindən keçirilməsi üzrə dünya ölkələri arasında liderlərdən biridir.

"Bu günə qədər 40 milyondan çox test keçirilib. Bu isə o deməkdir ki, 1 milyon əhaliyə 280 min test düşür”, - deyə Popova qeyd edib. //Sfera.az