Siyəzəndə yük maşını aşıb, sürücü ölüb

Bu gün Siyəzən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumata görə, hadisə Siyəzən-Alxanlı yolunda qeydə alınıb. Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Ramin Nəcəfovun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. //APA