Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

 10:29 16.09.2020     186

Baş Narkotiklərlə Mübarizə İdarəsinə  bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Oğuz rayon Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Elşad Cabbarov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı, yardımçı tikilidən 1kq 600 qr çəkidə narkotik vasitə olan, qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində rayonun Otmanlı adlanan bağın ərazisində 232 ədəd ümumi çəkisi 6 kq 400 qr olan xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri və 48 kq 200 qr qurudulmuş “marixuana” aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən