Əli Həsənovun oğlu bu qızıl unitazdan istifadə edirmiş... - FOTO

 14:34 16.09.2020     10327

Əli Həsənovun oğlu Şamxal Həsənovun qəribə hobbisi üzə çıxıb.

Redaktor.az xəbər verir ki, Şamxal Həsənovun ətrafında olan şəxslər "Demokrat.az"-a bildirilib ki, Əli Həsənovun oğlu bahalı unitazlardan istifadə edirmiş

Şamxal Həsənov "Xəzər" TV-də işlədiyi dövrdə otağında yerləşən ayaqyolunda qızıl suyuna çəkilmiş bahalı unitaz quraşdırıbmış.

O, "Xəzər" TV-dən ayrılandan sonra isə həmin unitazı özü ilə aparıb. Həmin vaxtı televiziyada çalışanlar da buna şahid olublar.

Hazırda Şamxal Həsənovun Dubaydakı villasında da qızıldan olan unitazdan istifadə etdiyi deyilir. //Demokrat.az