Tanınmış vəkil Şaiq Mirzəyev vəzifəyə TƏYİN EDİLDİ

 14:49 16.09.2020     852

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru, "Mirzayev and Partners Legal Firm" hüquq şirkətinin rəhbəri Şaiq Mirzəyev yeni vəzifəyə təyin olunub.

Redaktor.az-ın məlumatına görə, o, "Az-Granata" MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

Şaiq Mirzəyev bu vəzifədə Vüqar Mikayılovu əvəz edib. V. Mikayılov isə şirkətin icraçı direktoru təyin edilib.

Qeyd edək ki, "Az-Granata" 2009-cu ildə Ağsu rayonunda yaradılıb. Şirkət alkoqollu və alkoqolsuz məhsullar istehsal edir.

Vumart və Güvən reklamı Vumart Güvən