Azərbaycanda daha 141 nəfər COVID-19-a yoluxdu

 15:52 16.09.2020     327

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 38 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1 940 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 656, bu günə qədər isə ümumilikdə 1 027 685  test icra olunub.