Nazirlikdən məktəbdə huşunu itirərək yıxılan şəxs barədə AÇIQLAMA

 18:33 16.09.2020     45

Ötən gün Bakının Sahil qəsəbəsi 253 nömrəli məktəbdə “Məktəbinin dostu” layihəsində çalışan xanım özünü narahat hiss edib və huşunu itirərək yıxılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Mətbuat katibi Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, müəssisə tərəfindən dərhal təcili tibbi yardım maşını çağırılıb və xanım şəhər klinik xəstəxanasına çatdırılıb: "İlkin yardım göstərilərək müayinələrdən keçirilib, həmin gün evə buraxılıb. Müalicəsi ev şəraitində aparılır, vəziyyəti yaxşıdır. Məsələ Təhsil Nazirliyinin diqqətindədir". //Trend