Pandemiya dövründə xaricə gedən azərbaycanlıların sayı açıqlanıb

 21:12 16.09.2020     275

2019-cu ilin yanvar-avqust ayları ilə müqayisədə bu ilin eyni dövründə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,6 dəfə azalaraq 1034,3 min nəfər olub.

Redaktor.az-ın məlumatına görə, ölkə vətəndaşlarının 31,8 faizi İrana, 28,5 faizi Gürcüstana, 19,9 faizi Rusiya Federasiyasına, 11,7 faizi Türkiyəyə, 8,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,1 dəfə, Türkiyəyə gedənlərin sayı 3,6 dəfə, Gürcüstana gedənlərin sayı 3,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,2 dəfə azalıb. //Trend