Erməni dili kurslarına qəbul keçirilir - VİDEO

 21:40 16.09.2020     251

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi erməni dili kursları təşkil edir. Hazırda həmin kurslara qəbul prosesi gedir. 

Redaktor.az xəbər verir ki, "ARB24" həmin kursların məzunlarından biri olan Roza Əsgərova haqqında süjet hazırlayıb. 

R.Əsgərova altı ay erməni dili kurslarına gedib, hazırda araşdırmaçı kimi çalışır. O, düşmən haqqında məlumatları ilkin mənbədən almağın daha düzgün olduğunu düşünür.