Şəkidə iki maşın toqquşdu, biri yandı - FOTOLAR

 22:17 16.09.2020     250

Şəkidə iki avtomobil toqquşub.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Bideyis kənd ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "VAZ 2107" və "VAZ 2106" markalı iki minik avtomobili toqquşub. Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobil zərbənin təsirindən yanıb. Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Xəsarət alan iki nəfər Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla baglı araşdırma aparılır. //Qafqazinfo