Əşya bazarı yaxınlığında minik avtomobili yanıb - FOTO

 23:53 16.09.2020     312

Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsində yerləşən Əşya bazarının yaxınlığında “Hyundai” markalı minik maşını yanıb. 

Redaktor.az-ın məlumatına görə, yanğın maşının mühərrikində başlayıb. 

İlkin məlumata görə, yanğına səbəb mühərrikdəki nasazlıq olub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, maşının digər hissələri yanğından mühafizə olunub. //APA