BNA yanğın xəbərini təkzib etdi - RƏSMİ

 00:05 17.09.2020     339

”Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. 

Redaktor.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin  Mətbuat xidmətinin rəhbəri Mais Ağayev hadisə yerində olan mətbuat əməkdaşına verdiyi açıqlamada bildirib.

BNA sözçüsü qeyd edib ki, avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsi ilə nasazlıq qısa vaxtda aradan qaldırılıb.