Bakıda üç nəfər köməksiz qaldı

Bakı şəhərinin Binəqədi, Nərimanov və Yasamal rayonları üzrə liftdə üç nəfər köməksiz qalıb.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən onların liftdən çıxarılması təmin edilib.