Azərbaycan yenidən sərt karantinə qayıdır? - "Yoluxma artarsa..." / AÇIQLAMA

 17:06 17.09.2020     1071

Dünyanın bir çox ölkələrində COVID-19 pandemiyasının ikinci dalğasının yayılacağı proqnozlaşdırılır. Bununla bağlı bəzi ölkələrin yenidən sərt karantin rejiminə qayıdacağı bildirilir.

Son günlərdə ölkəmizdə də koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Bu artım tempi Azərbaycanda da virusun ikinci dalğasının olacağından xəbər verir?

Tibbi ekspert, professor Adil Qeybulla Redaktor.az-a verdiyi açıqlamasında bu məsələyə aydınlıq gətirib.

“Azərbaycanda virusa yoluxanların sayında artım müşahidə edilməsini ikinci dalğa hesab etmək olmaz .Çünki proses hələ də başa çatmayıb. Hazırki prosesi “reinfeksiya” adlandırmaq olar .Bu isə “yenidən yoluxma” deməkdir. Bu baxımdan istər yoluxma sayında artım olsun, istərsə də ikinci dalğa, bunlara qarşı sadəcə müəyyən tədbirlər görülə bilər. İstənilən halda əvəlki karantin qaydalarına qayıtmaq arzulanan hal deyil. Sosial həyatın bütün sahələri fəaliyyət göstərməlidir. Buna görə də, hazırkı karanatin qaydalarına hamı riayət edilməlidir. Metroda, avtobusda, o cümlədən qapalı məkanlarda bu qaydalara ciddi şəkildə əməl edilməlidir”.

Zöhrə Pənah / Redaktor.az