Bakıda nənəsi və bibisini öldürən şəxs saxlanıldı

 09:31 25.09.2020     254

Bakıda nənəsi və bibisini qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, Suraxanı rayonunda 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadovanı yaşadıqları evdə bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən Samir Cavadov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutulub. Saxlanılan şəxs istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.