TƏBİB-də mətbuat xidməti vəzifəsi ləğv olundu - SON DƏQİQƏ

 13:36 25.09.2020     980

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) struktur dəyişikliyi olub.

TƏBİB-dən Redaktor.az-a bildirilib ki, dəyişikliyə əsasən, qurumda mətbuat xidməti vəzifəsi ləğv olunub.

Bundan sonra mətbuatın sorğuları İctimaiyyətlə əlaqələr şöbəsinin daxilində cavablandırılacaq.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva qurumun Vətəndaş müraciətləri ilə iş şöbəsinə müdir təyin edilib.

Qurumda yeni yaradılan Sənədlər və Vətəndaş Müraciətləri ilə İş departamentinin müdiri vəzifəsinə isə Aygün Əliyeva təyinat alıb.